“Bakı”dan sərt bəyanat: Mahir Şükürov ləyaqət anlayışının üstündən xətt çəkdi
06.04.2009 - 11:25
Azərbaycan Premyer Liqasının XX turunda “Olimpik”ə uduzan (1:2) “Bakı” rəhbərliyi bəyanat yayıb. Apasport.az-ın məlumatına görə, klubun rəsmi İnter saytında “Olimpik”in futbolçuları Mahir Şükürovla Junivan Suares “Fair play” prinsipinə tüpürdülər” başlıqlı məqalə yerləşdirilib.
“Bakı” rəqibin hesabı bərabərləşdiyi anda “Fair play” (“Ədalətli oyun”) qaydalarına əməl olunmamasından narazıdır: “50-ci dəqiqədə top qapımızın qarşısına göndərilərkən, Xalidu Sissoko irəli çıxaraq ona sahib çıxdı. Epizod başa çatdıqdan sonra top uğrunda mübarizə aparan "Olimpik"in 8 nömrəli braziliyalı hücumçusu Junivan Suares cərimə meydanında uzanaraq ayağa qalxmadı. Bu zaman artıq "Bakı"nın hücumu başlanmışdı və rəqibin yerdə qaldığını görən futbolçularımız topla hərəkət edən Peresə işarə etdilər. O isə topu "Fair play" qaydalarına uyğun olaraq, yan xətdən çıxardaraq, Suaresə yardım göstərilməsi üçün şərait yaratdı. Ancaq Suares az sonra ayağa qalxaraq oyunu davam etdirəcəyini bildirdiyindən həkim müdaxiləsinə ehtiyac qalmadı. "Olimpik"in 25 nömrəli futbolçusu Mahir Şükürov 51-ci dəqiqədə topu autdan Suaresə ünvanladı. Sonuncu isə onu qüvvətli zərbə ilə Sissokonun qoruduğu qapıdan keçirdi. Bu o qədər gözlənilməz baş verdi ki, hətta matçın hakimi bir an mərkəzi göstərməkdə tərəddüd etdi”.
Bəyanatda daha sonra bildirilir ki, Mahir Şükürov və Junivan Suares matçı "Şəfa” stadionunun tribunalarında və AzTV vasitəsi ilə izləyən azarkeşlərin gözü qarşısında "Fair play" prinsiplərinin ziddinə getməklə, Azərbaycan futbolunun “tarixinə düşdülər”: "Olimpik" - "Bakı" matçını yayımlayan Az.TV-nin rejissoru Junivan Suaresin "zədələnmə" epizodunun təkrarını verərkən, Azərbaycan futbolu və ümumiyyətlə, bu oyun adına ləkə olan hadisə kameraların gözündən yayındı. “Fair play" prinsiplərinə uyğun olaraq top yenidən onu meydandan çıxaran tərəfə qaytarılmalı idi. Bu hərəkətin adı bütün dünya ölkələrində eynidir və futbolsevərlər onu bizdən yaxşı bilirlər. Təəssüf doğuran odur ki, Azərbaycan milli komandasının oyunçusu Mahir Şükürov idmançıya, azərbaycanlıya və peşəkarlığa yad olan, bununla bərabər "Olimpik" klubunun adına ləkə gətirən hərəkəti ilə ləyaqət anlayışının üstündən xətt çəkdi. Bu oyunun "Olimpik" üçün həyati məna daşıdığını, oyunun çətin keçəcəyini qeyd etmişdik. Rəqibin qarşısında "Bakı"dan xal almaq vəzifəsi qoyulmuşdu. Ancaq bu, o demək deyildi ki, "Olimpik" oyun etikası və "Fair play" normalarına tüpürməklə, "Bakı"nı büdrətməlidir”.
“Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski də baş verənlərə biganə qalmayıb. Makedoniyalı mütəxəssis belə halla ilk dəfə üzləşdiyini söyləyib: "Neçə illərdir futbol sahəsindəyəm, ancaq ilk dəfədir ki, belə halla qarşılaşıram. Qapımıza vurulan birinci qol heç bir çərçivəyə sığmır. Bu qolu harada görsələr, Azərbaycan futbolu biabır olacaq".
Həmin epizodu çəkərək videoyazını saytına yerləşdirən “Bakı” oyunu idarə edən sabiq FİFA referisi Zöhrab Qədiyevdən qərarlarından narazıdır. Paytaxt klubu sadəcə, bir epizodu qabartmağı lazım bilib: “Oyunun 18-ci dəqiqəsində "Bakı"nın futbolçusu Ernad Skuliçə əllə açıq-aydın zərbə endirən Mahir Şükürov sarı vərəqə ilə cəzalandırıldı. Bu hadisə matçın hakimi Zöhrab Qədiyevin gözü qarşısında baş verdi. FİFA referisi oyun qaydalarına əsasən "Olimpik"in futbolçusuna qırmızı vərəqə verməli və onu meydandan kənarlaşdırmalı idi. Hakimin bu qərarı olduqca müəmmalıdır. Əgər Mahir Şükürov rəqibinə zərbə endirməmişdisə, onda nəyə görə sarı vərəqə aldı? Yox, əgər Şükürov Skuliçi vurmuşdusa, nə üçün qırmızı vərəqə almadı? Çox maraqlıdır, FİFA referisi bu qərarını necə əsaslandıracaq?”.
Qeyd edək ki, “Bakı” məğlub olduğundan turnir cədvəlinin zirvəsindəki yerini itirib.

- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0