AFFA rəhbərliyi legionerlərin rüsumunu azaldacaq
06.04.2009 - 12:02
Azərbaycan Premyer Liqasında oynayan əcnəbi futbolçuların rüsumunu azaldılacaq. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun yeni təlim-məşq mərkəzinin açılış mərasimindən sonra keçirdiyi brifinqdə AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
“Maliyyə böhranı ilə əlaqədar olaraq, futbol təsərrüfatında da tədbirlər həyata keçirilməsi nəzərdə tutulub. Klublarının maliyyə vəziyyətinin yaxşılaşdırmaq məqsədilə legionerlərin rüsumu, həmçinin komandalara kəsilən cərimə məbləğləri azaldılacaq. Bununla bağlı layihənin hazırlanması üçün göstəriş vermişəm” - deyə Abdullayev vurğulayıb.
Hazırda əcnəbi futbolçuların sifariş olunması üçün 20 min manat rüsum ödənilir.
AFFA prezidentinin tapşırığı ilə hazırlanan layihənin qurumun növbəti konfransında qəbul olunacağı gözlənilir. Çox güman ki, həmin qərar Premyer Liqanın 2009/10 mövsümünə şamil olunacaq.

- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0