Tofiq Bəhramovun məyus etdiyi qapıçı AFFA-dan nə istəyir? - FOTO
06.04.2009 - 13:59
AFFA-nın baş katibi Elxan Məmmədov almaniyalı veteran futbolçu Hans Tilkovski ilə görüşüb. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, assosiasiyanın inzibati binasında keçirilən görüşdə Azərbaycan və Almaniya futbolu arasında mövcud qarşılıqlı münasibətlər, ölkəmizdə futbolun hazırkı vəziyyəti müzakirə olunub. Bundan əlavə, Tilkovskinin aprelin 7-də aşağı yaş qruplarından ibarət yığma komandalarımızın qapıçıları üçün keçirəcəyi seminar haqda da fikir mübadiləsi aparılıb. O, Elxan Məmmədovla görüşdən sonra AFFA-nın Futbol muzeyi ilə tanış olub və xatirə kitabına ürək sözlərini yazıb.
Almaniya milli komandasının sabiq qapıçısı olan qonaq 1966-cı ildə keçirilən dünya çempionatının finalında iştirak edib. İngilislərin vurduğu zərbə nəticəsində qapı tirindən dönən və yan xətt hakimimiz Tofiq Bəhramovun hesaba aldığı məşhur qolla yadda qalan həmin oyunda almanların qapısını məhz Tilkovski qoruyub.
Qeyd edək ki, Tilkovskinin Bakıya səfəri AFFA ilə Almaniya Futbol İttifaqı arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində və “Almaniya-Azərbaycan Biznesmenlər Assosiasiyası”nın yardımı ilə bu gün başlayıb və aprelin 9-dək davam edəcək.

0
0