Milli komandanın üç futbolçusu zəhərlənib
06.04.2009 - 15:15
Milli komandanın üç futbolçusu zəhərlənib
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Şimali Koreyanın tələbini rədd edib. Apasport.az saytının məlumatına görə, bu ölkənin futbol federasiyası Cənubi Koreyaya qarşı ittiham irəli sürüb. İttihama əsasən, cənubi koreyalılar şimallıları zəhərləməkdə ittiham olunurlar.

Koreyanın iki ölkəsinin milli komandası arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən matç aprelin 1-də Seulda baş tutub. Cənubi Koreyanın paytaxtında təşkil olunan həmin görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Oyunun ertəsi günü qəflətən Şimali Koreyanın bir neçə futbolçu mədə ağrılardan şikayət ediblər. Bundan sonra həmin futbolçuların üçünə yeməkdən zəhərlənmə diaqnozu qoyulub. Şimali Koreya yığmasının baş məşqçisi Kim Çjon Xun oyunun neytral meydanda keçirilməsini təkid etsə, FİFA buna razılıq verməyib. Çjon bu təkidini qəbul edən tərəfin qonaqları keyfiyyətli qida ilə təmin etməyə borclu olması ilə əsaslandırırdı. Məsələ ilə bağlı rəsmi bəyanat yayan Şimali Koreyanın futbol məmurları bunun təxribat olmasına əmindirlər. Onların fikrincə, bu insident Cənubi Koreyanın çox pis münasibətdə olduqları qonşularına qarşı planlaşdırılmış aksiyadır.
0