Ölkə çempionatında qalmaqal: Futbolçunu güllələdilər
06.04.2009 - 16:18
Ölkə çempionatında qalmaqal: Futbolçunu güllələdilər
Kolumbiyanın “Deportivo Kali” klubunun avtobusu gülləbarana məruz qalıb. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının növbəti turu çərçivəsində “Milonarios”un qonağı olan komandanı stadiona gətirən avtobusa oyundan qabaq meydan sahiblərinin azarkeşləri hücum ediblər.

“Deportivo Kali”nin nümayəndələri bildiriblər ki, tapança ilə atəş açılıb. Nəticədə avtobusun şüşələri sındırılıb, komandanın futbolçusu Xuan Gilyermo Domingesin isə beyni silkələnib. Bədənindən bir neçə yara alan Xuan hospitala yerləşdirilib.

İnsident nəticəsində qonaqlar meydana çıxmaqdan imtina ediblər və buna görə oyunun startı 45 dəqiqə yubanıb. Sonda futbol liqasının təmsilçiləri qonaqları, “Deportivo Kali”ni fikrindən daşındırmağa müvəffəq olublar.

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
0