Elxan Məmmədov “Neftçi” klubunun üzvləri ilə görüşdü
06.04.2009 - 18:46
Elxan Məmmədov “Neftçi” klubunun üzvləri ilə görüşdü
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov “Neftçi” futzal klubunun üzvləri ilə görüşüb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, görüş komandanın Ukraynada keçirilən ənənəvi turnirdə uğurlu nəticə göstərməsi ilə bağlı olub. Assosiasiya rəhbərliyi adından “Neftçi”ni qazandığı qələbə münasibəti ilə təbrik edən Məmmədov onlara gələcək oyunlarda da uğurla arzulayıb.

Qeyd edək ki, “Neftçi” əməkdar idman ustası Viktor Kolotovun xatirəsinə həsr olunmuş yarışın qalibi olub. 16 kollektivin iştirak etdiyi turnirdə komandamız qrupda “Baktivşina” (Kiyev), “Transbud” (Kiyev) və “Stoxid”lə (Volın vilayəti) mübarizə aparıb və 2-ci yeri tutaraq, növbəti mərhələyə adlayıb. Digər oyunların hamısını qələbə ilə başa vuraraq, finala yüksələn “Neftçi” həlledici görüşdə Ukraynanın “Sumı” komandasını da məğlub edib.
0