Əli Daeiyə əvəz tapıldı
07.04.2009 - 10:34
Əli Daeiyə əvəz tapıldı
İran milli komandasının azərbaycanlı sabiq baş məşqçisi Əli Daeinin xələfi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bundan sonra İran yığmasını Mayeli Koxan çalışdıracaq.

O, vaxtilə Daeinin də formasını geyindiyi dövrdə milli komandaya başçılıq edib. 1995-ci ilin yanvarından 1997-ci ilin noyabrınadək Koxan yığmanı 40 oyuna çıxarıb. Həmin ərəfədə isə onu gözlənilmədən istefaya göndəriblər. Əvvəllər “Peykan” və “Fulad” klubunda da baş məşqçi işləmiş Koxan yeni təyinata qədər “Saypa”nın baş məşqçisi olub.

Xatırladaq ki, azərbaycanlı Əli Daei ötən həftə dünya çempionatının seçmə mərhələsi çərçivəsində doğma meydanda Səudiyyə Ərəbistanına 1:2 hesablı məğlubiyyətdən sonra istefa verib. Onun istefasından sonra baş məşqçi səlahiyyətlərinin müvəqqəti icrası almaniyalı Erik Rutemöllerə tapşırılmışdı.
0