Georgi Adamiya Premyer Liqanın tarixinə düşdü
07.04.2009 - 11:37
Qalmaqallı “Olimpik” - “Bakı” oyunu qonaqların yarımmüdafiəçisi Georgi Adamiya üçün əlamətdar olub. Apasport.az saytının hesablamalarına görə, 28 yaşlı gürcüstanlı futbolçu Azərbaycan çempionatları tarixində özünün 100-cü matçını keçirib.
Premyer Liqanın XX turunun bu görüşü Adamiyanın “Bakı”nın heyətində 6-cı çempionat matçı olub. Bu komandada hələ də qol hesabını aça bilməyən legioner 2005-2008-ci illərdə çıxış etdiyi “Neftçi”də 94 görüşə 29 dəfə fərqlənmişdi.
Qeyd edək ki, Adamiya Premyer Liqada 100 matç həddinə çatan 4-cü əcnəbi futbolçu oldu. Gürcü yarımmüdafiəçiyədək yalnız Badri Kvaratsxeliya, Viktor Kulikov və Leandro Qomeş çempionatda 100-cü - yubiley görüşünü keçirib.

- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
0
0