Xodukin: “Olimpik” öz qapısından bilərəkdən qol buraxmalı idi
07.04.2009 - 17:22
Futbol üzrə son Azərbaycan çempionu, Premyer Liqanın hazırkı lideri Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukinin apasport.az saytına müsahibəsi
- Beş həftəlik fasilədən sonra Premyer Liqanın liderliyini “Bakı”dan geri alan komandanın baş məşqçisi özünü hiss edir?
- Hər şey qaydasındadır. Futbolda yuxarı qalxmaq da olar, aşağı düşmək də.
- Son turda “Bakı”nın büdrəyəcəyini gözləyirdiniz?
- Oyunun gedişi belə deməyə əsas vermirdi. Ancaq görüşdən əvvəl belə fikirdə idim ki, “Olimpik” rəqibinə meydanda rahat nəfəs almağa imkan verməyəcək. Bu komandada işləməyi bacarırlar, heyətində səviyyəli futbolçular var. “Olimpik”i bir az qiymətləndirməsən, bunun acısını çəkmiş olacaqsan.
- Yəni, hesab edirsiniz ki, “Bakı” rəqibini qiymətləndirməməyin acısını çəkdi?
- İzlədiyim oyunda “Bakı”nın hesabı açdıqdan sonra bir qədər arxayınlaşdığının şahidi oldum. Qol vəziyyətlərindən lazımınca yararlanmayanda, topla az rəftar edəndə, diqqəti itirəndə problemlər yaranır. “Bakı” da demək olar, bunun acı nəticəsini gördü.
- Onu da nəzərə almaq lazımdır ki, “Bakı” qapısından ilk qolu rəqibin “Fair play” qaydalarını pozması nəticəsində buraxdı və bu görüşün taleyini həll etdi...
- Açığı, mən həmin epizodu görmədim. Çünki hələ ilk hissənin ortasında, “Bakı” qolu vurduqdan sonra stadionu tərk etdim. Həm işlərim var idi, həm də oyunun gedişatı elə baxımlı olmadığı üçün daha görüşü izləmədim.
- Mahir Şükürovla Junivan Suaresin “Fair play” qaydalarını pozaraq, yaratdıqları qol epizodunu heç sonradan da görməmisiniz?
- Yox. Məndə bu epizod haqda danışılanlar əsasında təsəvvür yaranıb.
- Hər halda, bunun əsasında bir təcrübəli mütəxəssis kimi epizodu necə şərh edərdiniz?
- Çoxlu müzakirələrin getdiyi bu epizod oyunun episentri sayılır. Epizodla bağlı mühakimə yürüdəndə, şəxsən mən özümü qolu vuran “Olimpik”in hücumçusu Junivan Suaresin yerinə qoyuram. Bu braziliyalı futbolçu “Bakı”nın qapıçısı Xalidu Sissoko ilə mübarizədən sonra yerə yıxılır. Ona tibbi yardım etmək üçün heç həkim meydana daxil olmur və ola bilsin ki, beyni yüngül silkələnir. Belə vəziyyətdə olan futbolçu yerə yıxılan zaman meydanda baş verənləri heç görmür. Bilmir ki, ona görə topu rəqib meydandan çıxarıb. Bütün bunları nəzərə alsaq, Junivan komanda yoldaşının autdan göndərdiyi topu qəbul edir və əlverişli mövqedən qapıya zərbə vurur. Nəticədə top qapıdan keçir və hesab bərabərləşir.
- Axı, Junivandan fərqli, ona topu ötürən Mahir Şükürov baş verənləri görürdü. Ancaq Şükürov topun auta “Bakı”nın futbolçusunun çıxartdığını görmədiyini deyir...
- Bilirsiniz, indi Mahir hər şeyi deyə bilər. Deyə bilər ki, topu “Bakı”nın qapıçısına, kapitan Rafael Əmirbəyova, yaxud həmin epizoda yaxın olduğu deyilən Saşa Yunisoğluya ötürürdüm. Yaxşı, “Olimpik” belə qol vurmuşdu, sonradan etdiyi jestlə buna cavab verərdi.
- Necə?
- Bilərəkdən öz qapısından qol buraxıb, rəqibin yenidən hesabda irəli olmasına imkan yaradardı. Bu da “Fair play” qaydalarına cavab olar və vəziyyəti bu həddə gətirib çıxarmazdı.
- Sizcə, nəyə görə “Olimpik” cavab jesti etmədi?
- Bilirsiniz, heç nə səbəbsiz deyil. Bu komandalar arasında münasibətlər, oyunlar zamanı gərginlik öz təsirini göstərir. “Bakı” ilə “Olimpik” arasında ilk dövrədəki oyunda baş verənləri xatırlamağa çalışdım. Deyilənə görə, həmin matçda hakim səhvləri olub, “Bakı”nın futbolçusu qol vurarkən əllə oynayıb. Heç kim xal itirmək istəmir və “Olimpik” bu dəfə rəqibinə güzəştə getmədi. Hesab edirəm ki, istənilən halda, nəticə qüvvədə qalmalıdır.
- Ümumiyyətlə, “Fair play” qaydalarına münasibətiniz necədir?
- Misal üçün, İngiltərədə bu yoxdur.
- Lakin “Fair play”dan danışanda, İngiltərədə çıxış etmiş italyan Paolo Di Kanionun jesti yada düşür...
- Mən də “Fair play”in tərəfdarıyam. Sadəcə, “Olimpik” - “Bakı” oyununda baş verənləri futbolçularımdan moldovalı İon Testimitsianu və latviyalı Andrey Rubinlə müzakirə etdim. Hər iki futbolçu vaxtilə İngiltərədə oynayıb. Onlar mənə dedilər ki, orada “Fair play” anlayışı mövcud deyil. Hətta yerə yıxılan futbolçuya görə topu auta çıxartsan, hakim sənə sarı vərəqə göstərə bilər. Çünki yalnız hakim fitini səsləndirməklə, görüşü dayandıra bilər. Üstəlik, həkim müdaxiləsinə ehtiyac olmayıb. Yalnız futbolçudan qan axarsa, onda mütləq topu kənara çıxarıb, oyunu dayandırmaq lazımdır.
- Bir anlıq təsəvvür edin ki, həmin oyunda “Bakı”nın yerində sizin komandanızdır. Rəqibin belə hərəkətini necə qarşılayardınız?
- Əlbəttə, bu, üzüntü yaradır. Ancaq “Fair play” yazılmamış qanundur və onu pozmağa görə cəza nəzərdə tutulmayıb. “Olimpik”in futbolçusu deyə bilər ki, mən epizodu görmədim və mənə ötürülən topu qapıdan keçirdim. Bir də ki məgər, burada “Fair Play”ə lazımınca əməl olunur? Mən belə matçların şahidi olmuşam. Həmin oyunlarda rəqib 90 dəqiqənin yarısını meydanda sürünməklə, tez-tez yerə yıxılmaqla keçirir. “Turan”la ikinci dövrədə səfərdə 1:0 hesabı ilə qələbə qazandığımız görüş yadıma düşdü. Həmin oyunda uzun müddət hesab açılmamışdı. Rəqib futbolçudan biri yerə yıxıldığı üçün meydanın mərkəzində topu auta çıxardıq. Onlar isə topu oyuna daxil edərkən, qapımıza doğru, meydanın bizə aid olan hissəsində künc bayrağına doğru atırlar. Məgər biz topu ordan çıxartmışdıq? Məgər bu, “Fair play”dir?
- Bu epizodda əsas günahkarlardan sayılan Mahir Şükürov vaxtilə “İnter”də rəhbərliyiniz altında oynayıb...
- Mahir çox emosional futbolçudur, tez-tez özündən çıxır. Hərəkətləri standarda sığmır, mənqitəuyğun olmur. O da belə xarakterə malikdir, hər adam bunu yaxşı bilmir.
- İstənilən halda, baş verənlərdən siz qazandınız və “İnter” yenidən liderliyə yüksəldi...
- Bilirsiniz, başqalarının bədbəxtçiliyi üzərində xoşbəxtlik qurmaq fikrim yoxdur. Mən bunu heç istəmirəm də.
- Belə məlumatlar yayılıb ki, “İnter” rəhbərliyi “Olimpik”i “Bakı”nı büdrətməyə stimullaşdıraraq, 100 min dollar mükafat vəd edib. Bu, nə dərəcədə həqiqətəuyğundur?
- Əvvəla, 100 min dollarım olsaydı, onu xərcləməyə yer tapardım. İkincisi də bizim oyunları – ikinci dövrədə “Turan” və “Qəbələ”ni səfərdə 1:0 hesabı ilə məğlub etdiyimiz qarşılaşmaları xatırlayaq. “Turan”ın futbolçuları uduzduqları görüşdən sonra meydanda yıxılıb necə ağlayırdılar.
- Beynəlxalq miqyasda stimullaşdırma qanun pozuntusu sayılmır. Bəs sizin stimullaşdırmaya münasibətiniz necədir?
- Bildiyimə görə, Avropada buna qadağa yoxdur.
- Liderliyi qaytardıqdan sonra “Bakı”nı 2 xal qabaqlayırsınız və artıq hər şey öz əlinizdədir...
- Mən belə deməzdim. Hər şey təkcə bizim yox, həm də rəqiblərimizin əlindədir. Söhbət görüşəcəyimiz MOİK, “Neftçi”, “Xəzər-Lənkəran”, “Qarabağ”, “Karvan” və “Bakılı”dan gedir.
- “İnter” və “Bakı”nın təqvimini müqayisə etdikdə, hansını daha münasib sayırsınız?
- Növbəti rəqibimiz MOİK-in səviyyəsi aşağıdır. Onu çıxsaq, təqvim hər iki komanda üçün demək olar eynidir.
- Bəs “Bakılı”? Bu komanda da autsayderdir?
- “Bakılı” ilə son turda oynayacağıq. O vaxta kimi çox şey dəyişə bilər.

0
0