Rəşad Sadıqovun komandasında islahatlar başlayır
08.04.2009 - 09:40
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubunda ciddi islahatlar aparılacaq. Apasport.az saytının məlumatına görə, Superliqanın növbəti turunda “Beşiktaş”la qarşılaşacaq İzmit təmsilçisinin baş məşqçisi Erhan Altın heyətdə ciddi dəyişikliklər olacağını bildirib.
2009-cu ilə uğurla başlayan, lakin ötən tur “Ankaragücü”nə biabırçı hesabla (0:4) uduzan “Kocaelispor”un start heyətinin az qala yarısı dəyişəcək. Aparılacaq islahatların azərbaycanlı futbolçulara təsir edəcəyi gözlənilmir.
Belə ki, Rəşad əvvəlki kimi, ilk “11-lik”də, Ramal isə ehtiyatda yer alacaq. Əvəzində, son matçlar ilk dəqiqələrdən meydanda olan Adəm, Ross, Akem və “Neftçi”nin sabiq oyunçusu Leventin ehtiyat oyunçular skamyasına göndəriləcəyi bildirilir. Onların yerinə Həmzə, Zinko, Hasan və Sərdar Kulbilgə kimi futbolçuların start heyətə düşməsi mümkündür.
Qeyd edək ki, “Kocaelispor” hazırda Superliqada 18 komanda arasında 23 xalla 17-ci pillədə qərarlaşıb.

0
0