Daha bir yığmanın baş məşqçisi istefaya göndərildi
08.04.2009 - 16:38
Daha bir yığmanın baş məşqçisi istefaya göndərildi
Çexiya milli komandasının baş məşqçisi Peter Rada istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, Çexiya Futbol Federasiyasının bu mütəxəssislə yollarını ayırmasına 2010-cu il dünya çempionatının seçmə mərhələsindəki uğursuz çıxış səbəb olub. Ötən həftə Praqada Slovakiyaya 1:2 hesablı məğlubiyyət də istefa qərarının verilməsində böyük rol oynayıb. Peter Radanı kimin əvəzləyəcəyinə hələlik aydınlıq gəlməyib.

Çexiya yığması seçmə mərhələnin Avropa zonasının IV qrupunda 6 oyundan cəmi 8 xal toplayıb. Bu ölkənin komandası qrupun lideri Şimali İrlandiyadan 5 xal geri qalır.

Rada 2008-ci ilin yayında keçirilən Avropa çempionatının final mərhələsində qrup səddini aşa bilməyən Krael Brüknerin istefasından sonra bu posta təyin olunmuşdu. Lakin baş məşqçi yığmanın yeganə itkisi deyil. İspaniyanın “Atletiko” klubunun şərəfini qoruyan Tomaş Uyfaluşi də milli komanda karyerasını bitirməyə qərar verib. İtaliyanın “Milan” komandasında oynayan Marek Yankulovskinin də eyni qərarı verəcəyi gözlənilir.
0