Bommel: Bəxtimiz gətirdi ki, qapımızdan cəmi dörd top buraxdıq
09.04.2009 - 12:12
UEFA Çempionlar Liqasının ilk ¼ final oyununda İspaniyada “Barselona” tərəfindən darmadağın olunan (0:4) Almaniyanın “Bavariya” klubu yarımfinala çıxmağın yolunu tapıb. Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisinin kapitanı Mark van Bommel evdə keçirəcəkləri cavab görüşündə lazımı nəticə qazanmaq üçün qeyri-adi təklif edib. 33 yaşlı holland yarımmüdafiəçinin fikrincə, “Barselona” səddini aşmaq heç də mümkünsüz deyil: “Biz yarımfinala çıxa bilərik. Bu, yalnız o halda mümkün olar ki, “Barselona” Münhenə 8 futbolçu göndərsin. Belə olarsa, cavab görüşündə mərhələ adlamaq şansımız yaranacaq”.
Bommel vaxtilə çıxış etdiyi “Barselona” ilə ilk oyunda belə uğursuz nəticəyə baxmayaraq, yaxşı qurtardıqlarını söyləyib: “Biz ilk hissədə “Barselona”nın yanında həvəskar görünürdük. Kataloniyalıları dayandırmaq qeyri-mümkün idi. Hələ bəxtimiz gətirdi ki, qapımızdan cəmi dörd top buraxdıq”.
Qeyd edək ki, “Barselona” hər dörd qolu ilk hissədə vurub.

- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0