Samboçularımız Avropa birinciliyində
09.04.2009 - 17:08
Samboçularımız Avropa birinciliyində
Litvanın Şaulyay şəhərində yeniyetmə və gənc samboçular arasında Avropa birinciliyi start götürüb. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda ölkəmizi 13 idmançı təmsil edir.

Bunlar Fərid Mikayılov, Aslan Rəşidi, Səfər Aşımov, Zülfüqar Quliyev, Zöhrab Bağırov, Kənan Nağıyev, İslam Cabbarov, Vüqar Məmmədov, Yaşar Abbasov, Bəhram Əliyev, Elçin Ramazanov, Mehdi Canəliyev və Məhərrəm Zeynalovdur.

Avropa çempionatına samboçuları baş məşqçi Mübariz İbrahimov hazırlaşdırıb. Həmyerlimiz Cabir İsmayılov isə qitə birinciliyində hakim funksiyasını yerinə yetirəcək. Yarışa aprelin 12-də yekun vurulacaq.
0