Qyoko Hacıyevski: “Olimpik” körpə uşaq kimi hərəkət edir - MÜSAHİBƏ
10.04.2009 - 11:53
“Bakı” klubunun makedoniyalı baş məşqçisi Qyoko Hacıyevskinin apasport.az saytına müsahibəsi
- “Olimpik”ə “Şəfa” stadionunda 1:2 hesabı ilə uduzduğunuz məlum qalmaqallı oyundan sonra komandanızı bu arenada növbəti çətin sınaq gözləyir...
- Razıyam. “Standard” çətin rəqibdir. Ümumiyyətlə, bizim üçün bütün komandalarla görüş çətin olacaq. Çünki çempionluğa oynayan “Bakı”ya qarşı hamı yaxşı köklənir.
- Bir həftə öncə baş verənlər “Standard”la sabahkı oyun öncəsi psixoloji gərginlik yarada bilər?
- Nə edə bilərik? Meydana çıxıb, gücümüzü göstərməliyik. Bilirəm ki, “Standard” da bizdən xal almağa çalışacaq. Hər halda, komandanı oyuna hər cəhətdən yaxşı hazırlaşdırmağa çalışacaq.
- Hazırda komandanızda ab-hava necədir?
- Yaxşı. Futbolçular “Olimpik”lə görüşdə yaşananları unutmağa çalışırlar. Psixoloji hazırlığa xüsusi diqqət yetiririk. “Standard”la oyuna tam hazır olub, qalib gəlməyə çalışacağıq. İstəyimizə nə qədər çatacağımızı artıq zaman göstərəcək.
- “Olimpik” “Bakı” ilə yenidən görüşməyə razılıq verib. Bir şərtlə ki, ilk dövrədə 3:1 hesabı ilə qələbə qazandığınız oyun da ləğv olunaraq, yenidən keçirilsin...
- “Olimpik”in təklifindən xəbərim var və bu komanda ilə nə qədər istəsələr, oynamağa hazırıq. Ancaq niyə belə olmalıdır? “Olimpik” son turda “Bakı” ilə görüşdə “Fair play” qaydalarını açıq-aşkar pozdu. Bütün dünyada qəbul olunan bu prinsip tapdalandı. Bu, utandırıcı bir hərəkət, bizim üçün xoş olmayan “hədiyyə” idi. İlk dövrədə isə “Bakı” “Olimpik” üzərində layiqli qələbə qazandı. Niyə rəqib bunun üzərinə kölgə salmalıdır? Niyə AFFA-nın müvafiq qurumu “Olimpik”i bu hərəkətinə görə cəzalandırmır? “Olimpik” - “Bakı” oyununda hakimliklə bağlı kobud səhvlər olduğu halda, niyə AFFA-nın Hakimlər Komitəsi bu haqda ölçü götürmür?
- Yəni, hesab edirsiniz ki, “Olimpik”in belə tələb irəli sürməyə haqqı yoxdur?
- “Olimpik”in avrokuboklara çıxmaq şansı yoxdur. Sadəcə, bu komanda bizə badalaq vurmaq istəyir. Onların hərəkəti körpə uşağın etdiklərinə bənzəyir. Ancaq heç bir problem yoxdur. Lazım gəlsə, “Olimpik”lə beş dəfə də oynamağa hazırıq.
- Yəqin ki, hər iki oyunun yenidən keçirilmə ehtimalı sizin üçün riskli olar. Hətta “Bakı” ilk dövrədə qazanılan üç xaldan da məhrum ola bilər...
- Bilirsiniz, həyatda heç nəyə zəmanət yoxdur. “Bakı”nın rəhbərliyi var və verilən qərarlar icra olunur. Sadəcə, “Olimpik” düzgün hərəkət etmir. Belə hərəkətlər kluba başucalığı gətirmir. Onlar məsələyə obyektiv yanaşmırlar. Bu məsələdə biz haqlıyıq və tutarlı arqumentlərimiz var. “Bakı” “Olimpik”dən güclüdür və biz bunu sübut etmək fikrindəyik.
- Amma hər iki oyunun yenidən keçirilməsi digər klublarda narazılıq yarada bilər. Məsələn, “İnter”in sükanı arxasında olan ukraynalı həmkarınız Valentin Xodukin bəyan edir ki, “Qəbələ” ilə ilk dövrədə 1:1 hesablı görüşdə hakim nəticəyə təsir göstərən səhvlər buraxdığından həmin oyun da yenidən keçirilməlidir...
- Məsələni bir-birinə qarışdırmaq lazım deyil. Burada söhbət hakim səhvləri, “Fair play” prinsipinin kobud şəkildə pozulmasından gedir. Ona qalsa, indiyə kimi bizim oyunlarda çoxlu hakim səhvləri olub. Hər hakim səhvi olan oyunu yenidən keçirmək mümkün deyil axı. Mübahisələri epizodlara baxıb, müvafiq qərar çıxarılır. “İnter” - “Qəbələ” oyununda hakimliklə bağlı bir şey deyə bilmərəm. “Bakı” “Olimpik”in futbolçuları Mahir Şükürovla braziliyalı Junivan Suaresin idmançıya yaraşmayan hərəkətlərini qabardır. Junivan qapıçımızla hava mübarizəsindən sonra yerə yıxılır, biz də buna görə topu auta çıxarırıq. Suaresin yaxşılığımıza cavabı ona autdan ötürülən topu qapımızdan keçirməsi olur. Bu, heç bir məntiqə sığmır və başqaları üçün pis nümunədir. İndiyə kimi beynəlxalq miqyasda “Fair play”lə bağlı yaxşı nümunələr olub. Bu, yazılmamış qanuna əməl edilməyəndə, yerli futbol federasiyası məsələyə qarışıb, həmin oyunun yenidən keçirilməsinə qərar verir. Bununla bağlı faktlar var. Bir də ki, “Bakı”nın hakim köməyinə ehtiyacı da yoxdur. Artıq iki ildir burada çalışıram və bu müddətdə qazandığımız qələbələr “təmiz” olub. Bizim şərəfimiz də var, ləyaqətimiz də.
- İndi də Makedoniya yığması barədə bir neçə sual vermək istəyirik. Sloveniyalı həmkarınız Sreçko Katanetsin Makedoniya yığmasının baş məşqçisi postundan istefaya göndərilməsindən sonra yenidən bu vəzifəyə qayıtmağınızın mümkünlüyü bildirilir. Sizin də adınız namizədlər sırasında yer alıb...
- Əslində, mən özümü namizəd saymıram. Çünki müəyyən vəzifədə çalışmağa razılığını verməyən namizəd ola bilməz. Adımın həmin məşqçilər sırasında yer almasına normal baxıram. Mən vətənpərvər insanam və öz ölkəmi çox sevirəm. Milli komandamızın tarixində çox məşqçilər olub. Ancaq seçmə mərhələlərdə ən yaxşı nəticə məhz mənim vaxtımda reallaşıb. Statistika bunu sübut edir. Göründüyü ki, yığmamızı necə çalışdırmağım vətənimdə unudulmur.
- Bu variantın reallaşmasına necə baxırsınız?
- Makedoniya milli komandasının baş məşqçi postuna qayıtmaq fikrim yoxdur. Çünki yığmamızda bacardığımı etmişəm, ən yaxşı nəticəni göstərmişəm və orada işimi bitmiş sayıram. Hazırda bütün diqqətimi “Bakı”ya yönəltmişəm. Mən bu klubu zirvələrə daşımaq istəyirəm və bunun üçün biliyimi, məşqçilik bacarığımı əsirgəməyəcəyəm. Mənə “Bakı”da çalışmaq çox xoşdur. Bu klubda başladığımız işi uğurla sona çatdırmaq, ümumilikdə Azərbaycan futboluna öz töhfəmi vermək istəyirəm.
- Elə makedoniyalı jurnalistlər də sizin baş məşqçi postuna qayıtmağınızı az inanırlar...
- Çünki onlar məni yaxşı tanıyırlar. Bilirlər ki, xarakterim, prinsiplərim necədir, qarşıma hansı vəzifəni qoymuşam. Bütün bunları nəzərə alaraq, yenidən Makedoniya yığmasının baş məşqçisi olmağımı real saymırlar.
- Maraqlıdır ki, namizədlər arasında yaxşı tanıdığınız, yetirməniz, uzun müddət yığmada rəhbərliyiniz altında oynamış Artim Şakiri də var. Makedoniya mətbuatında qeyd olunur ki, hazırda Ağdamın “Qarabağ” klubunda çıxış edən 36 yaşlı yarımmüdafiəçi yığmanın baş məşqçi postuna dəvət alacağı halda, futbolçu karyerasını bitirməyə hazırdır...
- Şakiriyə böyük hörmətim var. O, ən çox sevdiyim futbolçulardandır. Ancaq Artim hələ bir müddət də futbol oynaya bilər. Karyerasını bitirməsi haqda düşünməyə dəyməz. Bundan başqa, Şakiri milli komandanın baş məşqçisi olmağa hələ hazır deyil. Bu, onun üçün tezdir. Məşqçi kimi çalışıb, təcrübə topladıqdan sonra yığmanı çalışdırmaq olar.

0
0