“Neftçi”nin sabiq baş məşqçisi Çexiya milli komandasını çalışdıra bilər
10.04.2009 - 12:07
“Neftçi”nin sabiq baş məşqçisi Çexiya milli komandasını çalışdıra bilər
Milli komandanın baş məşqçisi Peter Radanı istefaya göndərən Çexiya Futbol Federasiyası yeni çalışdırıcı axtarışına başlayıb. Apasport.az saytının məlumatına görə, aprelin 28-də açıqlanacağı gözlənilən baş məşqçi postuna 9 namizəd var.

2007-ci ilin sentyabr-dekabr aylarında “Bakının “Neftçi” klubuna rəhbərlik edən Vlastimil Petrjelanın da yer aldığı siyahıda kifayət qədər tanınmış simalar var. Braziliya, Portuqaliya, həmçinin “Çelsi” kimi böyük komandalara rəhbərlik etmiş Luis Felipe Skolari, “Bavariya”nın hazırkı çalışdırıcısı Yurgen Klinsman namizədlər arasında yer alan əcnəbilərdir. Çexiyalı mütəxəssislərdən yığmanın sabiq baş məşqçiləri Duşan Uhrin və karyerasını bitirdiyini elan edən Karel Brüknerin də adının olduğu siyahıda “Slaviya” klubunun “sükan”ı arxasında Azərbaycan milli komandası ilə yoldaşlıq, “Karvan”la UEFA Kuboku matçlarına çıxan Karel Yarolim də var. Artıq Çexiya yığmasını kimin çalışdıracağı bukmekerlərin də maraq dairəsindədir. Belə ki, “Sportsbook” kontoru namizədlərin əmsallarını açıqlayıb. “Neftçi”nin sabiq çalışdırıcısının Çexiya yığmasının baş məşqçisi olmaq şansları yüksək qiymətləndirilməsə də, o Skolari və Klinsmannı üstələyə bilib.

Çexiya millisinin baş məşqçisi olmağa namizədlərin bukmeker əmsalları

İvan Qaşek - 2:1
Karel Yarolím - 3:1
Frantişek Straka - 5:1
Karel Brükner - 10:1
Duşan Uhrin - 12:1
Yozef Hovanets - 15:1
Vlastimil Petrjela - 20:1
Luis Fabio Skolari - 40:1
Yurgen Klinsmann - 50:1
0