AFFA orta məktəblərdə futbol seminarı keçirir
10.04.2009 - 12:16
AFFA ölkədə futbolun kütləviliyinin artırılması, təbliğinin gücləndirilməsi, uşaq və yeniyetmələrin bu idman növünə cəlb olunması məqsədilə yeni tədbirlər həyata keçirilməyi planlaşdırıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, assosiasiyanın əməkdaşları, futbol ictimaiyyətinin tanınmış nümayəndələri orta ümumtəhsil məktəblərində seminarlar keçirəcək, futbol barədə şagirdlərə ətraflı məlumat verəcəklər. İlk belə tədbir aprelin 13-də saat 11:00-da Səbayel rayonundakı 51 saylı orta məktəbin 5-ci sinif şagirdləri üçün təşkil olunacaq. Beynəlxalq dərəcəli hakim Rüstəm Rəhimov və beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev şagirdlərlə futbol barədə söhbətlər aparacaq, Azərbaycan futbolunun tarixi barədə məlumat verəcək, onları maraqlandıran sualları cavablandıracaqlar. Futbolun təbliği və uşaq futbolunun inkişafı ilə əlaqədar hazırlanan videoçarxın nümayiş etdiriləcəyi tədbirdə şagirdlərə AFFA-nın aksesuarları və top hədiyyə olunacaq.
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
- Keyn "Bavariya" ilə "yola davam" dedi - RƏSMİ
0
0