“Olimpik” “Bakı” ilə oyuna hazırdır, amma 4 şərtlə
10.04.2009 - 12:40
“Olimpik” “Bakı” ilə oyuna hazırdır, amma 4 şərtlə
Bakının “Olimpik” klubu “Bakı” ilə Azərbaycan Premyer Liqasının XX turunun qalmaqallı oyununun yenidən keçirilməsi üçün öz şərtlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, səs-küyə səbəb olan qolun yaradıcıları Mahir Şükürov və Junivan Suaresin bu gün keçirilən mətbuat konfransında klubun rəsmi mövqeyi də səslənib. Belə ki, “Olimpik” görüşün yenidən baş tutması üçün 4 şərt irəli sürüb:

1. Komandalar arasındakı hər iki matç – həm birinci dövrənin ötən il oktyabrın 4-də, həm də 5 gün əvvəl keçirilən oyunların nəticəsi ləğv olunsun və yenidən oynanılsın;
2. Hər iki qarşılaşmanı əcnəbi hakimlər idarə etsin;
3. Hər iki matç azarkeşlərsiz boş tribunalar önündə təşkil olunsun;
4. Oyunlarda təhlükəsizliyin təmin olunmasını “Olimpik” klubunun rəhbərliyi öz üzərinə götürmür.

Tədbirdə iştirak edən “Olimpik”in mətbuat katibi Eldəniz Yusifov bu şərtlərə “Bakı” tərəfinin rəsmi cavab vermədiyini bildirib. Onun sözlərinə görə təmsil etdiyi klub bu şərtləri AFFA və PFL-ə təqdim edəcək və bu qurumların seçəcəyi tarixdə oynamağa hazırdır. Lakin “Olimpik” bu şərtlərin heç birində güzəştə getməyəcək.
0