Daum “Fənərbağça”ya gətirilir?
12.04.2009 - 11:15
“Fənərbağça”nın ispaniyalı baş məşqçisi Luis Araqonesin komandada qalıb-qalmayacağı, çox güman, bu gün “Qalatasaray”la “Ali Sami Yen” stadionunda baş tutacaq oyundan sonra məlum olacaq. Apasport.az saytının məlumatına görə, yerli mətbuat “Fənər”in qarşılaşmadan məğlub ayrılacağı təqdirdə 70 yaşlı mütəxəssislə yollarını ayıracağını istisna etmir.
Bu arada, “Köln Express” qəzetində maraqlı xəbər dərc olunub. Belə ki, “sarı-lacivərdlilər”in sabiq baş məşqçisi, hazırda “Köln”ü çalışdıran Kristof Daumun növbəti mövsümdən “Fənərbağça”nın sükanı arxasına keçəcəyi bildirilir. Dərc olunan xəbərdə hətta türklərin 42 yaşlı almaniyalı mütəxəssisə 3 illik müqavilə təklif etdiyi də göstərilir.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0