Çempionlar Liqasının finalçıları Londonda müəyyənləşəcək
16.04.2009 - 09:47
Çempionlar Liqasının yarımfinalında üç ingilis komandası mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, 1/4 finalın son görüşlərindən sonra “Mançester Yunayted” və “Arsenal” da növbəti mərhələyə yüksəlib. Kriştianu Ronaldonun gözəl qolu sayəsində “Porto”nu dayandıran mançesterlilər ötən il qazandıqları kubokla belə erkən vidalaşmaq niyyətində olmadıqlarını sübut edib.
“Arsenal” isə heyətindəki itkilərə baxmayaraq, “Vilyarreal”ı böyük hesabla üstələyib. “Çelsi”nin ardından yarımfinala çıxan bu komandalar İngiltərə təmsilçilərinin sayını 3-ə çatdırıb. Yalnız İspaniyanın “Barselona” britaniyalıların mübarizəsinə müdaxilə etməyə çalışacaq.
Çempionlar Liqası, 1/4 final, cavab oyunları
14 aprel
“Çelsi” (İngiltərə) – “Liverpul” (İngiltərə) - 4:4
QOLLAR: Droqba, 51; Aleks, 57; Lempard, 76; 90 - Aurelio, 19; Alonso, 28; Leiva, 81; Kuyt, 84
İlk oyun – 3:1
“Bavariya” (Almaniya) – “Barselona” (İspaniya) - 1:1
QOLLAR: Riberi, 47 - Keyta, 72
İlk oyun – 0:4
15 aprel
“Porto” (Portuqaliya) – “Mançester Yunayted” (İngiltərə) - 0:1
QOL: Ronaldu, 6
İlk oyun – 2:2
“Arsenal” (İngiltərə) – “Vilyarreal” (İspaniya) - 3:0
QOLLAR: Teo Uolkott, 30; Emanuel Adebayor, 60; Robi van Persi, 69 (penaltiylə)
İlk oyun – 1:1
Qeyd edək ki, yarımfinalda “Mançester Yunayted” “Arsenal”la, “Barselona” isə “Çelsi” ilə qarşılaşacaq. Hər iki cütdə londonlular ilk matçı səfərdə keçirəcək. Barselonadakı görüş aprelin 28-də, Mançesterdəki oyun isə ertəsi gün keçiriləcək. Cavab oyunları isə Londonda keçiriləcək. “Arsenal” rəqibini mayın 5-də, “Çelsi” isə 6-da qəbul edəcək. Bu isə Çempionlar Liqasının finalçılarının Londonda müəyyənləşməsi deməkdir. Turnirin final oyunu isə mayın 27-də İtaliyanın Roma şəhərinin “Olimpiko” stadionunda keçiriləcək.

0
0