Azərbaycan yığması Gürcüstana qalib gəldi
13.04.2009 - 17:27
Azərbaycan yığması Gürcüstana qalib gəldi
Azərbaycan milli komandası növbəti qələbəsini qazanıb. AFFA-nın İnformasiya və ictimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 19 yaşlı qızlardan ibarət yığmamız bu gün keçirilən yoxlama oyununda Gürcüstan millisini 2:0 hesabı ilə məğlub edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda komandamızın qollarını Lyuda Əliyeva və Anna Ələkbərova vurub. Bu komandalar birisi gün yenidən üz-üzə gələcək ki, onlar arasında növbəti yoldaşlıq oyunu aprelin 15-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan yığmasının toplanışı Avropa çempionatının ikinci seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır. Həmin yarışda millimiz Portuqaliya, Fransa və Uels komandaları ilə görüşəcək.
0