Seriyalarla zəngin Azərbaycan Premyer Liqası
13.04.2009 - 18:18
Azərbaycan Premyer Liqasının XXI turu seriyalar baxımdan əlamətdar oldu. Apasport.az saytının hesablamalarına görə, son turda iki qapıçının “quru seriyası” qırıldı. Milli komandamızın sabiq qapıçısı Dmitri Kramarenko (“Xəzər-Lənkəran”) 526-cı, onun latviyalı həmkarı Pavel Dorosev (“Qəbələ”) 356-cı dəqiqədə dayandı. Hər iki qapıçı bu il ilk dəfə Premyer Liqamızda qol buraxdı.
“Qəbələ”nin qış fasiləsində transfer etdiyi Dorosev ümumiyyətlə, ölkəmizdə ilk topunu buraxdı. “Olimpik”in və milli komandamızın braziliyalı hücumçusu Leandro Qomeş bu qolun müəllifi kimi tarixə düşdü. İlk dövrədə “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları görüşdən sonra Premyer Liqamızda “quru seriya”nı sürdürən Dmitri kubokda “Bakı”nın iki oyuna vurduğu üç qola üzülmüşdü.
“Xəzər-Lənkəran”ın kapitanı olan Kramarenkonu topu tordan çıxmağa məcbur edən “Neftçi”də bu sarğını daşıyan Zaur Tağızadə oldu. İndi çempionatımızda davam edən “quru seriya”lar arasında ən uzun müddətlisi Junior Vilsona məxsusdur. “İnter”in braziliyalı qapıçısı artıq 425 dəqiqədir top buraxmır.
İqor Ponomaryov uzun illər çıxış etdiyi “Neftçi”dən aldığı məğlubiyyətlə (1:2) seriyası qırıldı. Belə ki, 49 yaşlı mütəxəssis ikinci dövrədən çalışdırdığı “Xəzər-Lənkəran”ın baş məşqçi postunda Premyer Liqada uduzmamışdı. Seriyası 7 oyun davam edən Ponomaryov “Neftçi” ilə görüşədək Lənkəran klubunun sükanı arxasında “Bakı” ilə evdə keçirdikləri kubok oyununda məğlub olmuşdu (0:1). “Xəzər-Lənkəran”ın məğlubiyyəti ilə ikinci dövrədə uduzmayan komandamız qalmadı. Əvəzində Ponomaryovun seriyasını qırmış “Neftçi”nin baş məşqçisi Böyükağa Ağayevin şəxsi rekordu davam etməkdədir. Flaqman ikinci dövrədə çempionatda “Bakı”ya (0:2), kubokda “Qarabağ”a (0:1) məğlubiyyəti alman çalışdırıcısı Hans-Yurgen Gedenin dövründə alıb. Əvvəlki dövrləri də nəzərə alsaq, Ağayev “Neftçi”nin sükanı arxasında keçirdiyi 8 görüşün heç birində uduzmayıb.
Digər seriyası davam edənlər Premyer Liqamızın iştirakçısı olan bir sıra futbolçulardır. Bunlar makedoniyalı Artim Şakiri (“Qarabağ”), türkiyəli Muammer Ərdoğdu (“Turan”), iranlı Fərzad Hatəmi (“Qəbələ”), braziliyalı Leandro Qomeş (“Olimpik”), ukraynalı Vladimir Mazyar ilə Tural Cəlilovdur (hər ikisi “Simurq”). Özü də Fərzad adları çəkilənlərdən fərqli olaraq 2 yox, artıq 3 oyundur meydanı qolsuz tərk etmir. Mazyar və Cəlilovla bağlı maraqlı məqam ondadır ki, “Simurq” hərəsində üç qol vurduğu son iki oyunda yalnız bu futbolçular fərqlənirlər. Özü də bu görüşlərdə Vladimir “dubl” edir, Cəlilov bir qol vurur.
Son turda het-trik edən hər iki futbolçu əcnəbilərdir. “Turan”ın nigeriyalı hücumçusu Viktor İbekoyi ilə “İnter”in uruqvaylı forvardı Valter Quqlemon ölkəmizdə ilk het-triklərini etdilər. Quqlemon ümumiyyətlə, Azərbaycanda buna imza atan ilk uruqvaylı futbolçu oldu. İbekoyinin bu uğuru isə nigeriyalılar arasında “siftə” deyildi. Belə ki, “Bakı”nın hücumçu Əhməd Ticani ölkəmizdə ilk het-trik edən ilk nigeriyalı kimi tarixə düşüb. Quqlemonun uğuru Premyer Liqamızda bombardirlər yarışına əlavə rəng qatdı. İndi bombardir siyahısına başçılıq edən “Xəzər-Lənkəran”ın bolqar hücumçusu İvan Svetkovun ən yazın izləyicisi məhz Valterdir. Hesabına 12 qol yazan Quqlemon “Bakı”nın gürcü yarımmüdafiəçisi Amiran Mucirini (11 qol) 3-cü pilləyə yuvarladı.

0
0