AFFA milli komandanın baş məşqçisini dəyişdi
13.04.2009 - 18:27
AFFA milli komandanın baş məşqçisini dəyişdi
Azərbaycanın 17 yaşlılardan ibarət milli komandasının baş məşqçi postunda dəyişiklik edilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bir ildir U-17-ni çalışdıran Bernard Lippertin postunu Oliver Pelzer tutub.

U-15-in almaniyalı çalışdırıcısının həmyerlisini əvəzləməsi isə təsadüfi deyil. Belə ki, Lippert U-19-a baş məşqçi təyin olunduğundan, həm də U-21-ə rəhbərlik edən mütəxəssisin üç komandada çalışması məqsədəuyğun sayılmayıb. Onun U-17-dəki köməkçiləri isə indi də Pelzerə kömək edəcək. Belə ki, baş məşqçisinin köməkçisi Baba Əsgərov, qapıçılar üzrə məşqçisi isə Emil Babayev qalır.

Qeyd edək ki, U-17 Lippertin rəhbərliyi altında 2009-cu il Avropa çempionatının seçmə mərhələlərində çıxış edib. Bu yığma keçirdiyi 6 rəsmi görüşdə 1 qələbə qazanıb, 2 heç-heçə edib və 3 dəfə uduzub (top fərqi – 5:9).
0