Azərbaycanlı futbolçu Türkiyədə avtomobil qəzasına düşdü
13.04.2009 - 23:06
Dövrələrarası fasilədə "Bakı"nı "Kocaelispor"a dəyişən Ramal Hüseynovun Türkiyədə də işləri yaxşı getmir. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın iddialı klubu tərəfindən Surerliqanın debütantına 6 aylığa icarəyə verilən yarımmüdafiəçi hələ ki rəsmi matçlarda forma geyinməyib.
Baş məşqçi Erhan Altın həmyerlimizi yoxlama görüşlərində sınasa da, Surerliqada oynatmır. Zədəyə meylli futbolçu öz şansını gözlədiyi vaxtda başına gözləmədiyi hadisə gəlib. "Beşiktaş"la matçın ertəsi İzmitdə avtomobil qəzasına düşən Hüseynov, xoşbəxtlikdən ciddi xəsarət almayıb. Romalın dediyinə görə, təqsir onda olmayıb.
Belə ki, klubun verdiyi xidməti avtomobillə yola çıxan oyunçunu qarşıdan gələn yük maşını vurub. Əks istiqamət üzrə hərəkət etmək əvəzinə, onun yoluna çıxan maşın qəzaya səbəb olsa da, hadisə yerindən uzaqlaşa bilməyib. Yaxınlıqdakı polislər günahkar qismində məhz yük avtomobilinin sürücüsünü görüblər. Ramal ayağından və başından kiçik xəsarət alıb, maşını isə əzilib. Həmin gün yerli xəstəxanaların birinə yerləşdirilən həmyerlimiz ilkin tibbi müayinədən sonra sərbəst buraxılıb. O, indi özünü yaxşı hiss edir. Bununla belə, həkimlər hələlik məşq etməsinə icazə vermirlər.

0
0