Ən qorxunc saç düzümünə malik futbolçular – FOTOSESSİYA
14.04.2009 - 11:03
Ən qorxunc saç düzümünə malik futbolçular – FOTOSESSİYA
Dünyanın ən qorxunc saç düzümünə malik futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin məşhur “Sun” qəzeti futbol tarixinin ən unikal saç düzümünə malik oyunçularının sıralamasını tərtib edib.

Braziliya milli komandasının sabiq futbolçusu Ronaldonun 2002-ci il dünya çempionatının final mərhələsində nümayiş etdirdiyi imicinə həmkarlarının hamısı həsəd apara bilər. İkiqat dünya çempionunun həmin saç düzümü futbol tarixinin bir nömrəsi seçilib. “Sun” qəzetinin ekspertlərinin rəyinə əsasən, ikinci yerə kolumbiyalı Karlos Valderamma layiq görülüb. Sıralamada Toribo Uest üçüncü, Ceyson Li dördüncü, ingilis futbolunun əfsanələrindən sayılan Kevin Kiqan isə beşincidir. Kiqanın həmyerlilərindən Kris Uoddla Devid Bekhem ilk “7-lik”dəki növbəti yerlərə sahib çıxıb. On seçilmiş siyahını isə Devid Ceyms, Maruan Fellaini və Endi Karol tamamlayır.

İngilis həmkarlarımız ilk “onluq”da yer almayan lakin saç düzümü ilə öyünə biləcək digər oyunçuların sırasına Kazuyuki Toda, Rene İqita, Aleksi Lalas, Bobbi Çarlton, Vaqner Lav, Abel Şavyer və Bakari Sanyanı daxil edib.
0