Fransa yığmasının futbolçusu Kəbəni ziyarət etdi - FOTO
14.04.2009 - 11:53
Fransa yığmasının futbolçusu Kəbəni ziyarət etdi - FOTO
Fransa milli komandasının və “Bavariya”nın futbolçusu Frank Riberi müsəlmanların ən müqəddəs yer saydıqları Kəbəni ziyarət edib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçinin ziyarəti bu ilin yanvarında gerçəkləşib.

Riberi Kəbəyə Səudiyyə Ərəbistanının “Əl-Vehda” klubu ilə yoldaşlıq görüşünün hazırlığı zamanı baş çəkib. O, “Bavariya”nın baş məşqçisi Yurgen Klinsmanndan icazə alaraq, komanda yoldaşı türk Hamit Altıntopla birgə ziyarət üçün Məkkə şəhərinə yollanıb və arzusunu reallaşdırıb.

Qeyd edək ki, Frank müsəlmanlığı əlcəzairli həyat yoldaşı Vahibənin təşəbbüsü ilə 2005-ci ildə qəbul edib və adını dəyişdirərək, Bilal qoyub.
0