Əvəzlənən futbolçu hakimi söymək üçün meydana çıxıb
14.04.2009 - 13:26
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, komitə üzvləri son bir həftədə keçirilən qarşılaşmalarda baş verən olayları müzakirə edib uyğun qərarlar çıxarıb.
Premyer Liqanın XXI turunun “Muğan” – “Qarabağ” matçında salyanlıların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. “Standard” – “Bakı” matçında isə hər iki komanda eyni cəzaya layiq görülüb. Belə ki, meydan sahiblərinin 4, qonaqların isə 5 futbolçu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.
“Neftçi” – “Xəzər-Lənkəran” matçının 73-cü dəqiqəsində meydançaya kənar əşya (plastik qab) atıldığı üçün meydan sahibi 2000 manat ziyana düşüb. “Turan” – “Karvan” matçında yevlaxlıların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 17-ci dəqiqəsində “Turan” klubunun məşqçisi Eldəniz Hüseynov hakimlərə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə 2000 manat cərimə olunub. “Qəbələ” – “Olimpik” matçının 90+1-ci dəqiqəsində meydandan qovulan Abdul Kader Kamara rəqibini bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, qəbələlilər isə 2000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Standard” – “Bakı” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Matçın 56-cı dəqiqəsində “Standard” klubunun 33 №-li futbolçusu Nakim Vəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalandırılıb, klub isə 1000 manat cərimə olunub. “Neftçi” – “Xəzər-Lənkəran” matçında bakılıların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
MOİK– “İnter” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 30-cu dəqiqəsində “İnter” klubunun futbolçusu Samir Əbdürrəhmanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalandırılıb, klub isə 1000 manat cərimə olunub.
Azərbaycan çempionatının I divizionunun XXIII turunun “Qafqaz Universiteti” – “Anşad-Petrol” matçında meydan sahiblərinin məşqçisi Bəhruz Zeynalov hakimləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 4 oyunluq cəzalandırılıb, klub isə 400 manat cərimə olunub. “ABN-Bərdə” – “Spartak” matçının 78-ci dəqiqəsində bərdəlilərin futbolçusu Rahib Nəcəfov rəqibini əli ilə tutduğuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə 20 manat cərimə olunub. “Ədliyyə” – “Göyəzən” matçının 67-ci dəqiqəsində bakılıların futbolçusu Samir Həsənov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə 20 manat cərimə olunub. “Şahdağ” – “Energetik” matçının 61-ci dəqiqəsində qonaqların futbolçusu Samir Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalandırılıb, klub isə 200 manat cərimə olunub. Oyunun 62-ci dəqiqəsində “Energetik” klubunun matçın 30-cu dəqiqəsində əvəzlənmiş qapıçısı Emin Abbasov meydana daxil olaraq hakimi təhqir edib. Futbolçu idman kostyumunda olduğu üçün hakim adıçəkilən oyunçuya qırmızı vərəqə göstərməyib. Lakin matç başa çatdıqdan sonra Emin Abbasovun “Energetik” klubunun futbolçusu olduğu müəyyən edilib. Bu səbəbdən də futbolçu 2 oyunluq cəzalandırılıb, klub isə 200 manat cərimə olunub.

0
0