“Xəzər-Lənkəran” – “Bakı” oyununun vaxtı dəyişdirildi
14.04.2009 - 14:33
“Xəzər-Lənkəran” – “Bakı” oyununun vaxtı dəyişdirildi
Azərbaycan Premyer Liqasının XXII turunun qarşılaşmalarının keçirilmə vaxtı və yeri dəqiqləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, aprelin 18-19-da baş tutacaq oyunlardan yalnız birinin vaxtı dəyişdirilib. Belə ki, “Xəzər-Lənkəran” – “Bakı” görüşü əsasnamədə nəzərdə tutulduğundan iki saat gec, yəni 18:00-da meydana çıxacaq. Turun digər matçları isə saat 16:00-da başlayacaq.

18 aprel, şənbə

16:00. "Qəbələ" - "Standard"

Qəbələ şəhər stadionu

16:00. "Olimpik" - "Simurq"
"Şəfa" stadionu

16:00. "Qarabağ" - MOİK
T.İsmayılov adına Suraxanı qəsəbə stadionu

18:00. "Xəzər-Lənkəran" - "Bakı"
Lənkəran şəhər "Xəzər-Lənkəran" stadionu

19 aprel, bazar

16:00. "Bakılı" - "Turan"

Zabrat qəsəbə stadionu

16:00. "Karvan" - "Muğan"
Yevlax şəhər stadionu

16:00. "İnter" - "Neftçi"
"Şəfa" stadionu
0