Hakim futbolçunun dilini niyə çıxarıb?
14.04.2009 - 16:30
Hakim futbolçunun dilini niyə çıxarıb?
Bolqarıstanlı hakim futbolçunun həyatını xilas edib. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının növbəti turu çərçivəsində “Çerno More” – “Lokomotiv” (Plovdiv) oyununda yarımmüdafiəçi Georgi İliyev müdafiəçi Anqel Yoşevlə toqquşandan sonra huşunu itirib.

Futbolçunun dilinin qatlandığını görən görüşün yan xətt hakimi Plamen Georgiyev ilkin tibbi yardım göstərib: “Bayrağımı atıb, köməyə tələsdim. Məşqçi və futbolçular baş verənləri görüb qorxmuşdular. Mən onların gözü qarşısında Georginin dilini çıxartdım. Belə vəziyyətdə çox ehtiyatlı hərəkət etmək lazımdır. Mən bunu əvvəl etmişdim və tərəddüd etdim”.

Hakimin köməyindən sonra İliyev xəstəxanaya aparılıb. Orada ona çənəsinin sınması diaqnozu qoyulub.
0