Hakimlər Premyer Liqanı boykot etməyə hazırlaşırlar
15.04.2009 - 09:41
Ölkə çempionatının oyunlarına təyinat prinsipləri hakimlər arasında ciddi narazılıq yaradıb. Apasport.az saytının məlumatına görə, Hakimlər Komitəsinin tətbiq etdiyi qaydadan narazı olan ukraynalı ədalət təmsilçiləri etiraz aksiyası keçirmək qərarına gəlib.
Belə ki, onlar Ukrayna Premyer Liqasının növbəti turunun matçlarının baş tutmamağına səbəb ola bilərlər. Çünki hakimlər irəli sürdükləri tələblər yerinə yetirilməyəcəyi halda, həftəsonu baş tutmalı olan matçlarda meydana çıxmayacaq. Premyer Liqanın 19 hakimi iki dəfə qeyri-qənaətbəxş qiymət alanların avtomatik olaraq ikinci diviziona “sürgün olunmağından”, həmçinin qiymətləndirmə sisteminin bərbad vəziyyətindən narahatdır.
Bəyanat imzalayan hakimlər bu sistemin UEFA-nın hakimliklə bağlı konvensiyasına uyğun gəlmədiyindən və heç bir demokratik ölkədə analoqu olmamağını əsas gətirirlər. Ukraynalı fit sahibləri qazanclarının 75 faiz azaldılması və 1-2 aylıq kənarlaşdırılmanın həm peşəkar, həm də mənəvi baxımdan yetərincə ciddi cəza saydıqlarını vurğulayıb.

0
0