Dünya futbolunda yeni rekord: bir oyunda 540 qol - FOTO
15.04.2009 - 09:48
Dünya futbolunda yeni rekord: bir oyunda 540 qol - FOTO
Dünyada ən uzun müddətli futbol matçı İngiltərədə keçirilib. Apasport.az saytının məlumatına görə, Bristolun Futbol Akademiyasının komandası ilə “Lids Becers” arasında baş tutan görüş 36 saat davam edib.

Hər komandanın heyətində 18 futbolçu olub və onların hər biri orta hesabla 18 dəqiqə oynayıb. Özü də fasilə müddətində futbolçuların meydanı tərk edilməsinə qadağa qoyulubmuş. Qarşılaşma 285:255 hesabı ilə “Lids Becers”in qələbəsi ilə nəticələnib. Görüş xeyriyyə aksiyası məqsədilə keçirilib və əldə olunan vəsait meningit xəstəliyinə qarşı mübarizə fonduna köçürüləcək.

Qeyd edək ki, futbol matçında əvvəlki rekord 33 saat 36 dəqiqə olub.
0