Hakan Şükür bombardirlər siyahısından çıxarıldı
15.04.2009 - 09:50
Hakan Şükür bombardirlər siyahısından çıxarıldı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar futbolçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, karyerasını davam etdirən və oynadığı milli çempionatların güclülər dəstəsində 200-dən artıq qol vuran oyunçuların sıralamasına 24 nəfər daxil olub.

Sonuncu dəfə açıqlanan siyahı ilə müqayisədə üç ciddi dəyişiklik qeydə alınıb. Belə ki, 200-dən artıq qol vuran türkiyəli Hakan Şükür, həmçinin vaxtilə Türkiyə çempionatında oynamış gürcüstanlı Şota Arveladze və braziliyalı Mario Jardel bombardirlərin cədvəlindən kənarlaşdırılıb. Buna onların aktiv futbol karyeralarını başa vurması səbəb olub. Siyahıda birinci yeri isə uelsli Mark Lloyd Uilyams tutur. Güclülər dəstəsində 291 qol vuran hücumçu qvatemalalı Xuan Karlos Plata və şimali irlandiyalı Qlen Ferqyussonu cəmi bir top arxada qoyur. İlk “onluq”da tanınmış futbolçulardan Henrik Larsen (261 qol) 5-ci, Rivaldo (241) 9-cu, Roy Makay (239) 10-cu yerdə qərarlaşıb.
0