“Kocaelispor”dan TFF-yə qara çələng
15.04.2009 - 13:45
“Kocaelispor”dan TFF-yə qara çələng
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun formasını geyindikləri Türkiyənin “Kocaelispor” klubu etiraz aksiyası keçirməyi qərara alıb. Apasport.az saytının məlumatına görə, ardıcıl yaşanan hakim xətaları Superliqada qalmaq uğrunda mübarizə aparan İzmit təmsilçisinin səbir kasasını daşdırıb.

Komandanı yalqız buraxmayan azarkeşlər yürüş etməkdə israrlıdırlar. Bununla da onlar doğma klublarına edilən haqsızlıqlara etirazını bildirəcəklər. Aksiya aprelin 17-də baş verəcək və “Kocaelispor”lu tərəfdarlar TFF-nin İstanbuldakı binasına yürüş edəcəklər. Onlar bu yolla futbol qurumuna təzyiq etmək fikrindədirlər. Federasiya önünə qara çələng qoyulacaq.
0