40 yaşlı qapıçı milli komandamıza qarşı
15.04.2009 - 15:28
Azərbaycan milli komandasına qarşı 40 yaşlı qapıçı oynaya bilər. Apasport.az saytının məlumatına görə, milli komandamızla cari seçmə mərhələdə eyni qrupda yer alan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv 40 yaşlı Yens Lemannı geri qaytarmasının mümkünlüyünü istisna etməyib. Cari mövsümdən vətənində “Ştutqart” klubunda çıxış edən Lemann ötən yay Avropa çempionatının final mərhələsində gümüş medal qazanandan sonra millidə çıxışını başa vurduğunu bəyan etmişdi.
Ancaq Yens klubu ilə müqaviləsini daha bir illiyə uzatdığından, yığmaya qayıtmaq və 2010-cu ildə Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatında iştirak etmək istəyir. Lemannın bu təşəbbüsünü ilkin olaraq nə Löv, nə də yığmada qapıçılarla məşqçi Andreas Kepke dəstəkləyirdi. Onların fikrincə, veteranı geri qaytarmaq milli komandada heyətə düşmək uğrunda mübarizə aparan gənc qapıçılarla münasibətdə doğru olmazdı. Ancaq fikrini dəyişən Löv Lemannı yenidən çağırmasının mümkünlüyünə işarə vurub: “Almaniya yığmasında 61 oyun keçirən veteran qapıçını tamamilə unutmaq olmaz. Mənim Lemannla bağlı mövqeyim dəyişməyib. Ancaq təbii ki, indiki qapıçılar zədə ala, yaxud oyunlarında tənəzzül ola bilər. Biz yığmanın qapısını qoruyanlara tam etibar edirik. Yensə gəlincə, onun 2010-cu dünya çempionatına yollanmaq istəyini tam başa düşürəm. O, çox iddialı qapıçıdır və karyerası boyu həmişə qarşısına yüksək və konkret məqsədlər qoyub”.
Qeyd edək ki, milli komandamız Almaniya ilə ev oyununu bu ilin avqustun 12-də, səfər görüşünü sentyabrın 9-da keçirəcək.

0
0