Sekslə məşğul olan futbolçu polisə düşdü
15.04.2009 - 17:41
Sekslə məşğul olan futbolçu polisə düşdü
Bolqarıstanın “Sliven” klubunun futbolçusu Kosta Yanev polis məntəqəsinə aparılıb. Apasport.az saytının məlumatına görə, asayiş keşikçiləri şəhərin eyniadlı təmsilçisinin kapitanı ilə bağlı daxil olan şikayətləri həll etməli olub.

Belə ki, Kostanın qonşuları futbolçudan narazılıqlarını birbaşa polisə bildirməyi lazım biliblər. Və bu məqsədlə 10 şikayət ərizəsi yazıb. Onlar Yanevin gecələr sevgilisi ilə evdən bərk səs-küy çıxarmasından narazıdır. Kosta evinə gətirdiyi Hollivud ulduzu Darina ilə səs-küylü sekslə məşğul olurmuş. Gözəlçə bunu adəti ilə izah edib. Belə ki, aktrisa çəkildiyi filmlərdə səs çıxarmağa adət etdiyindən səssiz sekslə məşğul olmağı bacarmır. Futbolçu yeddi ildir birlikdə olduqları Darina ilə münasibətdə həqiqətən də səs çıxardıqlarını, lakin bunun sevgiyə aludə olmaları ilə bağlılığını bildirib.
0