Arda Turan yenə qızla yaxalandı
16.04.2009 - 15:09
Türkiyə milli komandasının və “Qalatasaray” klubunun ulduz futbolçusu Arda Turan yenə qızla yaxalanıb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi Şimali Kipr Türk Cümhuriyyətində “tələyə düşüb”.
“Fənərbaxça” ilə qalmaqallı matçın yorğunluğunu çıxarmaq üçün səfər çıxan Arda Şimali Kipr Türk Cumhuriyyətinin Ercan Hava Limanında yerə enərkən, onun yanında naməlum bir qız dostu olub. Hava limanında jurnalistlərin əhatəsinə düşən futbolçu bir anlığa özünü itirib. Buna görə də, onun yanındakı xanım gözə çox görünməmək üçün dərhal avtomobilə minərək, hava limanından ayrılıb.
Arda onunla birgə olan qız haqqında sualları cavablamasa da, Şimali Kipr Türk Cümhuriyyətində bir neçə gün qalacağını vurğulayıb.
Xatırladaq ki, “Cim Bom”un oyunçusu son vaxtlar bir neçə xanımla eşq macərası yaşayıb. İstedadlı futbolçunun adı model Ceylan Bayraktoroğlu, tanınmış iş adamı Hüsnü Özyeginin yaxın qohumu Damla Özyegin, eləcə də Nazlı Öztürklə birgə hallanıb.

- PSJ Çempionlar Liqasının tarixinə düşdü – İlk 4 oyunda 20 qol!
- “Fənərbaxça”nın yeni baş məşqçisi rəsmən açıqlandı
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
0
0