“Qarabağ”dan “İnter”ə mesaj: Kişinin sözü bir olar
16.04.2009 - 17:02
“Açığını deyim ki, “İnter”in prezidenti Georgi Nikolovun bu sözlərini eşidəndə çox təəccübləndim. Necə olur ki, əvvəlcə bizimlə Ağdamda oynamağa razı olduqlarını bildirir, sonra isə fikrindən dönür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.
“İnter” klubunun prezidenti Georgi Nikolovun “Qarabağ”la Ağdamda oynamağa razı olmamağına münasibət bildirən Çəlikəl bolqarıstanlı futbol funksionerinin qərarını dəyişməsindən narazıdır: “Görmüşük ki, kişinin sözü bir olar. Amma biz “İnter”ə harada oynamağı hökm edə bilmərik. Matçın Ağdamda keçirilməsi isə bizim yox, bir milyon qaçqının istəyi, arzusu, inancı idi. Komandamızın indiyədək Ağdama köçməməyi isə onunla bağlıdır ki, orada stadion yox idi. İndi isə var. Amma eybi yox. Biz “İnter”lə Suraxanıda da oynaya bilərik. Bir şeyi başa düşə bilmirəm ki, Nikolov “Xəzər-Lənkəran”ın əvəzinə necə danışır? Deyir ki, lənkəranlıların Ağdama getməyəcəyindən mərc gəlməyə hazıram. Mən biləni Lənkəran təmsilçisi müstəqil klubdur və öz rəhbərliyi var”.
Qeyd edək ki, “Qarabağ” “İnter” və “Xəzər-Lənkəran”la Premyer Liqa, “Bakı” ilə kubok matçını Ağdamda keçirmək istəyir.

- PSJ Çempionlar Liqasının tarixinə düşdü – İlk 4 oyunda 20 qol!
- “Fənərbaxça”nın yeni baş məşqçisi rəsmən açıqlandı
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
0
0