“Qalatasaray” və “Fənərbaxça”ya “cəza yağışı”
17.04.2009 - 10:43
Türkiyə Superliqasının son turunda qalmaqalla nəticələnən “Qalatasaray” - “Fənərbaxça” (0:0) oyunundakı olaylara hüquqi qiymət verilib. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi hər iki tərəfi ağır cəzalandırıb.
Belə ki, “Qalatasaray” 80 min türk lirəsi (təxminən 40 min manat) cərimələnib. Eyni zamanda, “sarı-qırmızılılar” çempionatda növbəti 2 ev oyunundan birini neytral meydançada, digərini isə azarkeşsiz keçirəcəklər. “Cim Bom”un futbolçuları Arda Turana 3, Əmrə Aşık və Səbri Sarıoğlu isə 2 oyunluq diskvalifikasiya ediliblər. Üstəlik, “Qalatasaray”ın prezidenti Adnan Polat federasiya əleyhinə çıxışlar etdiyindən, 45 günlüyə öz hüquqlarından məhrum olunub. Onun qarşıdakı ay yarımda matçları stadionda izləməsinə qadağa qoyulub.
“Fənərbaxça”ya isə ümumilikdə 40 500 lirə cərimə kəsilib. Bu komandanın futbolçularından Luqano 5, Semih Şəntürk və Volkan Dəmirəl isə 3 oyunluq diskvalifikasiya olunub.
“Qalatasaray” rəhbərliyi çıxarılan qərarlardan apelyasiya verməyə hazırlaşır.
Xatırladaq ki, aprelin 12-də baş tutan derbinin axırıncı dəqiqələrində dava salan 4 oyunçu Arda Turan, Əmrə Aşık (hər ikisi “Qalatasaray”), Semih Şəntürk və Luqanoya (hər ikisi “Fənərbaxça”) qırmızı vərəqə göstərilmişdi.

0
0