Valentin Xodukin yenə Berti Foqtsa qarşı çıxdı
17.04.2009 - 12:01
Futbol üzrə Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts yenidən Bakının “İnter” klubundakı həmkarı Valentin Xodukini narazı salıb. Apasport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis lent.az-a açıqlamasında Foqtsun yığma üzvlərini aprelin 20-dən 4 günlük təlim-məşq toplantısına çağırmasına etirazını bildirib.
70 yaşlı baş məşqçinin sözlərinə görə, bu hazırlıq prosesi “İnter”dən milliyə çağırılan futbolçuların yorulmasına səbəb olacaq. Nəticədə, Azərbaycan Premyer Liqası və ölkə kubokunda vacib oyunlara çıxacaq klubun planlarına mənfi təsirini göstərəcək: “Baxın, aprelin 19-da “Neftçi” ilə qarşılaşırıq. Ertəsi futbolçularım yığmanın heyətində 4 günlük və hər gün 2 dəfə olmaqla məşqlərə başlayırlar. Aprelin 25-də “Xəzər-Lənkəran”la Premyer Liqada növbəti oyunumuz var. 4 günlük fasilənin ardından “Qəbələ” ilə Azərbaycan kubokunun yarımfinalında üz-üzə gəlməliyik. Mayın 3-də isə “Qarabağ”la qarşılaşmalıyıq. Axı yığma üzvləri bu cür yüklənməyə necə dözə bilərlər? Samir Abbasov davam gətirəcəksə, digərləri yenidən fiziki formalarını tamamilə itirəcəklər”.
Xodukinin fikrincə, yığmamız təlim-məşq toplantısı zamanı fiziki yox, taktiki və buna bənzər hazırlıqla məşğul olsaydı, bu, daha münasib sayıla bilərdi: “Amma yığmanın məşqçisi odur. Özü bilər”.

0
0