Xodukin: “Neftçi” üçün turnir cədvəlində neçənci yeri tutmaq əhəmiyyətli deyil
17.04.2009 - 12:19
“Mövsümün sonuna az qalıb və çətin oyunlarımız başlayır. Biz həmin matçlara xüsusi qaydada hazırlaşmırıq. Sadəcə, rəqiblərin gücünü nəzərə alaraq, konsentrasiyanı artırırıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.
Azərbaycan Premyer Liqasının son turlarında “Neftçi”, “Xəzər-Lənkəran” və “Qarabağ”la görüşəcək son çempionu həm də “Qəbələ” ölkə kuboku uğrunda iki yarımfinal oyunu gözləyir. Xodukinin fikrincə, bu matçlarda maksimum diqqətli olmağa çalışacaqlar: “Hazırlığı konkret rəqiblərə uyğun qururuq. İlk olaraq, “Neftçi” ilə görüşəcəyik və məni hazırda düşündürən budur. Sonrakı matçlara vaxtı gələndə konsentrasiya olarıq. “Neftçi”nin son turda “Xəzər-Lənkəran”la oyununu izlədim. Komanda yaxşı oynayaraq, layiqli qələbə qazandı. Bilirsiniz, “Neftçi” artıq gərginlikdən azad olub. Komanda cari mövsümdə avrokuboklara düşmək şansını itirib. Belə olan halda, turnir cədvəlində hansı yeri tutmaq elə də əhəmiyyətli deyil. Bu, ciddi fərq etmir. Bütün bunlar “Neftçi”nin oyununa yaxşı mənada öz təsirini göstərir. Komanda meydana rahat, sərbəst çıxır və nəticə baxımından heç bir təzyiq altında olmur. Rəqibin bu baxımdan bizdən üstünlüyü var”.
Xodukin bildirib ki, indi komandası üçün çempionluq yolunda hər xal çox vacibdir. 70 yaşlı ukraynalı mütəxəssisin fikrincə, bu amil mükafatlara, avrokuboklara vəsiqə qazanmağa iddialı komandaları təzyiq altında saxlayır: “Əslində, bizim üçün hər bir oyun gərgin olub. Rəqiblər “İnter”lə görüşə ciddi hazırlaşıb, xal almağa çalışır. Futbolda sürprizlər hazırlanır. Bu, planlı şəkildə də ola, yaxud öz-özünə əmələ gələ bilər. Ən yaxın izləyicimiz “Bakı”nın “Xəzər-Lənkəran”la səfər matçından hansı nəticə qazanmasından asılı olmayaraq, “Neftçi” ilə oynamaq, qələbə qazanmaq lazımdır. Nəticə haqda indidən bir şey deyə bilmərəm. Futbolda gözlənilməz şeylər olur. Çempionlar Liqasının ¼ final mərhələsinin cavab oyunlarına diqqət yetirin. “Portu” “Mançester Yunayted”lə görüşdə səfərdə sərfəli nəticə qazandı. Bundan sonra komandanın yarımfinala çıxmaq şansı yüksək qiymətləndirilsə də, evdəki məğlubiyyətlə mübarizəni dayandırdı”.

0
0