İmişli qəbiristanlığında yatmış futbolçunun “xaç atası” danışdı
18.04.2009 - 11:01
Rusiyanın “Terek” klubunun baş məşqçisi Vyaçeslav Qroznı Azərbaycan çempionatında çıxış etmiş futbolçunu yada salıb. Apasport.az saytının məlumatına görə, 2004/05 mövsümündə İmişlinin “MKT-Araz” klubunda oynamış Artyom Bezrodnı bu mütəxəssisin rəhbərliyi altında Moskva “Spartak”ının şərəfini qoruyub. Necə deyərlər, Qroznı futbolda Berzodnının “xaç atası” sayılır.
Əslən ukraynalı olsa da, Rusiya milli komandasının formasını geyinməyi üstün tutan Artyom Azərbaycanda oynadıqdan sonra yoxa çıxıb. Bu məqam “Terek”in çalışdırıcısı Qroznıya da müəmmalı qalıb: “Mənə Bezrodnının indiki taleyi haqda heç nə məlum deyil. Kimdən soruşmuşamsa, onun yerini bilən yoxdur. Artyom bir neçə il əvvəl Azərbaycanda oynayıb. Ancaq o, heç vaxt mənə zəng etmirsə, niyə mən onu axtarmalıyam. Bezrodnını “Spartak”a 15 yaşlı olanda gətirdim. Çox istedadlı olduğundan artıq 16 yaşında avrokuboklarda debüt etdi. Uğurlar onun başını gicəlləndirdi. Bilirəm ki, Artyom özündən böyük yoldaşlarının, hansısa dostlarının təsiri altına düşüb. Bezrodnı “Spartak”da öz potensialının heç 50 faiz də göstərmədi. Heyf ona...”.
Qeyd edək ki, Bezrodnı “MKT-Araz”a 2005-ci ildə gəlib və bir neçə oyun keçirdikdən sonra klubla müqaviləsi olmasına baxmayaraq, ölkəmizdən qaçıb. Hətta bir dəfə Bezrodnı sərxoşluq etdiyi belaruslu komanda yoldaşı Viktor Karasyovla birgə İmişli qəbiristanlığında yatmış halda aşkarlanıb və ordan qovulub. Artyomun ölkəmizdən gedişi hərbi xidmətlə, pasport problemi ilə əlaqələndirilsə də, bu səbəblər təsdiqini tapmayıb.

0
0