“Belə hakimlərin olmamağı Azərbaycan futboluna daha çox xeyir verər”
20.04.2009 - 23:00
“Mənə elə gəlir ki, belə hakimlərin olmamağı Azərbaycan futboluna daha çox xeyir verər”. Bu sözləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun baş məşqçisi Nadir Qasımov deyib.
Premyer Liqanın XXII turunda “Karvan”a 1:3 hesabı ilə uduzduqdan sonra görüşün hakimlərini birtərəfli idarəçilikdə ittiham edən mütəxəssis sözünün üstündə durub. Belə ki, oyunun araşdırılmağını və kasetin izlənilməsini tələb edəcəyini açıqlayan Qasımov məsələnin həll olunması yolunda addımlar atıb: “Bu gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin yanında oldum. O, məni dinləyəndən sonra məsul komitələrin rəhbərlərini – Xaqani Məmmədovla Gülağa Cabbarovu yanına çağırdı. Baş verənlərlə bağlı söhbət etdik. Ramin müəllim mənə söz verdi ki, bu gün qarşılaşmanın video kasetini izləyəcək və uyğun qərarın çıxarılması üçün tapşırıqlarını verdi. Bu gün və ya sabah AFFA və PFL qərarla bağlı məlumat yayar”.
Qasımov oyunda baş verənləri araşdıran qurumların qərarı ilə razılaşacağını da bildirib: “Nə olacağını bilmirəm. Komitə sədrlərinin AFFA-nın hakimlərini müdafiə etmək üçün baş verənləri ört-basdır edəcəyinə inanmıram. Bəlkə də matçdan sonra hirsli olmuşam, nəyi isə düz deməmişəm. Belədirsə, üzr istəməyə hazıram. Amma əminəm ki, ədalətli qərar çıxarılacaq. İndi AFFA və PFL-in düzgün yol tutması bu məsələ də həqiqətin üzə çıxacağına inamımı artırır”.
Qeyd edək ki, oyunun baş hakimi Hacıəli Ağayev idarəçiliyinə görə 7,6-yə layiq görülüb.

0
0