Berti Foqts daha bir futbolçudan məhrum oldu
20.04.2009 - 18:25
Berti Foqts daha bir futbolçudan məhrum oldu
Sergey Sokolov Azərbaycan milli komandasının hazırlığında iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, Zaqatalanın “Simurq” klubunda çıxış edən 32 yaşlı milliləşdirilən müdafiəçi “Olimpik”lə “Şəfa” stadionunda keçirilən görüşdə zədələnib. Qasıq nahiyəsindən xəsarət alan Sokolov bu səbəbdən yığmanın bu gündən başlayaraq, aprelin 24-dək davam edəcək hazırlıq prosesinə qatılmayacaq. Milliyətcə rus olan Sokolov müalicə olunaraq, növbəti turda “Standard”la görüşə qədər sağalmağa çalışır.

Qeyd edək ki, milli komandamızın alman baş məşqçisi Berti Foqts hazırlıq prosesində “Neftçi”nin kapitanı Zaur Tağızadənin də xidmətindən məhrum olub. 30 yaşlı yarımmüdafiəçi yığma karyerasını başa vurmağa qərar verib.
0