96 dəqiqəlik futbolçumuz kimdir?
20.04.2009 - 23:25
Azərbaycan milli komandasına qayıdan Daniel Axtyamov Belarus çempionatında 3 oyun keçirib. Apasport.az saytının məlumatına görə, yüksək liqada mübarizə aparan “Minsk” klubunun 24 yaşlı hücumçusu ümumilikdə 96 dəqiqə meydanda olub.
Axtyamov cari mövsümdən çıxış etdiyi Belarusda hər üç turda iştirak edib. “Dinamo” (1:2) ilə səfər oyununda əsas heyətdə yer alan Daniel fasilədən dərhal sonra əvəzlənib. Belarus çempionu BATE ilə ev oyununda (0:1) 22, “Neman” klubu ilə səfər matçında (1:2) 29 dəqiqə oynayan hücumçu hər iki görüşdə sonradan meydana çıxıb. Göründüyü kimi, “Minsk” cari mövsümdə keçirdiyi hər üç oyunda uduzub və xal üzünə həsrət qalan komanda turnir cədvəlinin sonlarında qərarlaşıb.

- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0