Seneqal yığmasının sabiq futbolçusu Azərbaycan xalqından üzr istədi
20.04.2009 - 21:58
"Kimisə təhqir etmək fikrində olmamışam. Sadəcə, məni təhqir edən şəxsə eyni qaydada cavab vermişəm". Apasport.az saytının məlumatına görə, bunu “Xəzər-Lənkəran”la oyundan sonra polisin üzünə tüpürən “Bakı” klubunun qapıçısı Xalidu Sissoko deyib.
Klubunun rəsmi internet səhifəsinə açıqlama verən Seneqal yığmasının sabiq üzvü baş verən xoşagəlməz olayla bağlı Azərbaycan xalqından üzr istəyib: "Oyundan sonra vəziyyət gərginləşmişdi. Məğlub olmağımıza inana bilmirdim. Meydanı tərk edib soyunub-geyinmə otağına yollanan zaman polis məmuru məni çağırdı. Ona tərəf döndükdə məni əl işarəsi ilə nalayiq hərəkətlə təhrik etdi. Ona yaxınlaşdım və söylədim ki, sən polis məmurusan, mən isə adi futbolçu, sənin belə hərəkətlərə yol verməyin kişiliyə yaraşan hərəkət deyil. Bu sözlərdən sonra ona tərəf tüpürdüm və yoluma davam etdim. Bir qədər keçmiş öz səhvimi anlayaraq, həmin məmura yaxınlaşdım və üzr istədim. Buna baxmayaraq, mən yenə də bütün Azərbaycan polislərindən və xalqından üzr istəyirəm".

0
0