Badri Kvaratsxeliya “Standard”ın baş məşqçisi postundan niyə qovuldu?
20.04.2009 - 22:06
Badri Kvaratsxeliya “Standard”ın baş məşqçisi postundan niyə qovuldu?
Azərbaycan Premyer Liqasının XXII turundan sonra növbəti məşqçi istefası reallaşıb. Apasport.az saytının məlumatına görə, Bakının “Standard” klubunun gürcüstanlı baş məşqçisi Badri Kvaratsxeliya postundan uzaqlaşdırılıb. Klubdan verilə xəbərə əsasən, mövsümün qalan turlarında komandanı meydana baş məşqçi köməkçisi Rafiq Mirzəyev çıxaracaq.

Bu, artıq mövsümün əvvəlindən indiyədək “Standard”da ikinci məşqçi istefasıdır. Çempionata Kaxaber Sxadadzenin rəhbərliyi ilə başlayan paytaxt təmsilçisi digər gürcüstanlı ilə də vaxtından əvvəl vidalaşmalı olub.

Xatırladaq ki, XXII turda “Qəbələ”yə uduzan (1:2) “Standard” 30 xalla turnir cədvəlində 8-ci yerdədir.
0