Mübariz Mənsimovdan maraqlı açıqlamalar
20.04.2009 - 22:32
Mübariz Mənsimovdan maraqlı açıqlamalar
“Komandamız Azərbaycanda ən güclü olmalıdır. Yavaş-yavaş qitə standartlarına cavab verən peşəkar kluba çevriləcəyik. Əl-ələ verib uğurlar qazanmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov deyib.

Azərbaycan Premyer Liqasının XXII turunda “Bakı” üzərində qazanılan qələbədən dərhal sonra paltardəyişmə otağına girərək futbolçuları təbrik edən Mənsimov maraqlı açıqlama verib: “Hamınıza təşəkkür edirəm. Əsl “Xəzər Lənkəran”ın necə olduğunu göstərdiniz. Çempion olmaya bilərsiniz. Amma bundan önəmli şeylər var. Siz peşəkar futbolçularsız və bu gün işinizi layiqincə həyata keçirdiniz. Bu qədər insanın çöhrəsindən gülüş, sevinc əskik olmadı. Bundan vacib nə var axı? Anlayın ki, siz bizdən deyil, hamımız, azarkeşlər sizdən asılıdır. Sizdən istəyim bu cür oynamaqdır. Udmaq-uduzmaq, çempion olmaq-olmamaq mümkündür, amma “Xəzər Lənkəran”ın futbolçusu həmişə belə əzmkar və istəkli olmalıdır. Mən bundan sonra bütün oyunlara gəlməyə çalışacağam”.

lankaranfc.com
0