Demyanenkodan Kvaratsxeliyayadək: 9-cu olmaq üçün 9-cu oyun
21.04.2009 - 09:58
Azərbaycan Premyer Liqasında mövsümün növbəti istefası gerçəkləşib. Apasport.az saytının hesablamalarına görə, Bakının “Standard” klubu ilə yolları ayrılan Badri Kvaratsxeliya 2008/09 mövsümündə komandasını tərk edən 9-cu baş məşqçi olub.
Gürcüstanlı mütəxəssis bakılıların çempionat ərzində istefa verən ikinci baş məşqçisi olub. Belə ki, hələ birinci dövrədən sonra onun həmyerlisi Kaxaber Sxadadze də “Standard”dan ayrılmışdı. Bununla da paytaxt klubu iki istefanın gerçəkləşdiyi “Neftçi” və “Xəzər-Lənkəran”a çatdı. Flaqman mövsüm ərzində ukraynalı Anatoli Demyanenko və almaniyalı Hans-Yurgen Gedeni yola salıb. Lənkəranlılar isə avrokuboklarla başladığı mövsümün Polşanın “Lex” klubu ilə keçirilən ilk iki oyunundan sonra Ağasəlim Mircavadovu, birinci dövrə bitməmiş isə Rasim Karanı istefaya göndərmişdi.
Hərəsində iki istefanın gerçəkləşdiyi “Xəzər-Lənkəran”, “Neftçi” və “Standard”dan fərqli, “Bakılı” (Nadir Qasımov), “Muğan” (Vladislav Qədirov) və “Turan”da (Mustafa Yılmaz) bir dəyişiklik qeydə alınıb. Premyer Liqa klublarının yarıdan çoxu – 8-i mövsümü başladığı çalışdırıcısı ilə davam etdirir.
Doqquzuncu istefanın səbəbkarı olan Kvaratsxeliya elə “Standard”ın baş məşqçisi postunda keçirdiyi doqquzuncu oyundan sonra klubdan ayrılıb. Bu müddətdə onun yetirmələri 3 qələbə qazanıb, 1 heç-heçə edib və 5 dəfə məğlub olub. Gürcüstanlı çalışdırıcı komandasının 8 qoluna sevinib və 12 dəfə rəqiblərin fərqlənməyinə üzülüb.

0
0