Azərbaycan – Uels görüşünün biletləri 2 manata satılacaq
21.04.2009 - 11:15
Azərbaycan – Uels görüşünün biletləri 2 manata satılacaq
Azərbaycan - Uels oyununun biletləri satışa çıxarılır. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək qarşılaşmanın biletləri aprelin 23-dən etibarən satışda olacaq. İyunun 6-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın biletləri 2 manatdan 10 manatadəkdir. Yalnız VİP-ə olan biletlərin qiyməti istisna təşkil edir. Onların qiyməti 50 manatdır.
Qeyd edək ki, Azərbaycan – Uels matçı saat 20:00-da başlayacaq.
0