Ölkə kubokunun yarımfinalı ərəfəsində hansı futbolçu kazinoya gedib?
21.04.2009 - 11:27
Ölkə kubokunun yarımfinalı ərəfəsində hansı futbolçu kazinoya gedib?
İngiltərənin “Mançester Yunayted” klubunun ölkə kubokunun yarımfinaldakı məğlubiyyətinin səbəblərindən biri məlum olub. Apasport.az saytının məlumatına görə, oyunsonrası penaltilər seriyasında “Everton”a uduzan Aleks Ferqyussonun yetirmələri Kriştianu Ronaldonun yoxluğunun əziyyətini çəkib.

2008-ci ildə həm dünyanın, həm də Avropanın ən yaxşı futbolçusu seçilən portuqaliyalının həmin görüşdə oynamamağı isə 24 yaşlı yarımmüdafiəçinin növbəti hoqqası ilə bağlı olub. Belə ki, Kriştianu oyundan öncəki axşamı kazinoda keçirməklə, Ferqyussonun qəzəbinə tuş gəlib.
0