Branimir Subaşiçin komandasını təhlükədə qoyan gözəlçə - FOTO
21.04.2009 - 12:55
Branimir Subaşiçin komandasını təhlükədə qoyan gözəlçə - FOTO
Məşhur serb müğənnisi Sesa Veliçkoviç “Srvena Zvezda” klubuna məxsus stadionu partlatmağa cəhddə ittiham olunur. Apasport.az saytının məlumatına görə, gözəlçənin evinin yaxınlığında aparılan axtarış zamanı 15 kq partlayıcı maddə - trotil aşkarlanıb.

Partlayıcı maddə Sesanın yaşadığı mənzildən 20 metr məsafədə avtomobilini saxladığı yerdə basdırılıbmış. Bu maddə böyük ərazini dağıtmaq gücünə malik olsa da, polislər təhlükənin qarşısını ala biliblər. Veliçkoviç Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiçin 3 ay əvvələdək şərəfini qoruduğu “Srvena Zvezda”nın stadionunun yaxınlığında yaşayıb. Bunu nəzərə alan hüquq-mühafizə orqanları gözəlçənin məhz bu arenanı partlatmaq istədiyini ehtimal edirlər.

Ancaq Sesanı həbs etmək müşkül məsələyə çevrilib. Ustalıqla gizlənən müğənni maliyyə fırıldaqlarında da ittiham edilir. Onun bir sıra futbolçuların transferi zamanı 15 milyon dollar mənimsədiyi iddia olunur.

Qeyd edək ki, Sesa bütün sabiq Yuqoslaviyada “Arkan” ləqəbi ilə tanınmış və 2000-ci ildə qətlə yetirilmiş hərbi cinayətkarın həyat yoldaşı olub.
0